"Sumqayıt" azarkeşlərinə rəsmi müraciət edib.
Sportal.az xəbər verir ki, klub öz saytı ilə fanatlarını Topaz Premyer Liqasının 16-cı turunda "Neftçi" ilə sabahkı ev oyununa səsləyib:
“17 fevral tarixində "Sumqayıt" Futbol Klubu (FK) 2018-ci ildə ilk ev oyununa çıxacaq. Komandamız doğma meydanda Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Neftçi"ni qəbul edəcək. Adıçəkilən qarşılaşma sabah saat 18:30-da start götürəcək. Bütün azarkeşlərimizi "Neftçi" ilə baş tutacaq ilin ilk ev oyununda komandamızı dəstəkləməyə dəvət edirik. “Sumqayıt”ın ilin ilk ev oyununda dəstəyinizə ehtiyacı var!".
Xatırladaq ki, matç saat 18:30-da başlayacaq.
saytlarin hazirlanmasi