Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Bavariya” - “Beşiktaş” oyununun hakimləri bəlli olub.
Sportal.az xəbər verir ki, UEFA matçı rumıniyalı hakimlər briqadasına həvalə edib.
Oyunun baş hakimi Ovidiu Hateqan olacaq. Ona həmyerliləri Oktavian Şovre və Sebastian George kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Radu Ginkulea yerinə yetirəcək.
“Bavariya” - “Beşiktaş” oyunu fevralın 20-də saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi