Topaz Premyer Liqasının 16-cı turunda “Neftçi”ni məğlubiyyətə uğradan “Sumqayıt” 2 günlük istirahətin ardından məşqləri bərpa edib.
Sportal.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında saat 11:00-da “Kapital Bank Arena”da məşqə çıxıb.
Məşqin ilk yarısını fitness zalında hazırlaşan futbolçular ikinci yarıda meydançada toplu çalışmalar ediblər. Bərpa prosesini tamamlayan Elnur Abdullayev artıq komandaya qoşulub. Bundan başqa əvəzedici heyətin bir neçə futbolçusu da hazırlıq prosesinə cəlb olunub.
Qeyd edək ki, “Keşlə” – “Sumqayıt” qarşılaşması 25 fevral tarixində keçiriləcək.
saytlarin hazirlanmasi