Bir neçə gün öncə "Sumqayıt"ın prezidenti postundan istefa verən və "Neftçi"nin prezidenti təyin edilən Kamran Quliyev sabiq klubuyla vidalaşıb.
Sportal.az klubun rəsmi "facebook" səhifəsinə istinadən xəbər verir ki, Quliyev Sumqayıt şəhər stadionunda olub. O, klubun əməkdaşları və komanda üzvləri ilə görüşərək onlarla vidalaşıb. Görüşdə Quliyevin gedişindən sonra onun tutduğu vəzifəni müvəqqəti icra edən vitse-prezident Vaqif Ömərov da iştirak edib.
"Sumqayıt" rəhbərliyi və komanda üzvləri sabiq prezidentə yeni işində uğurlar arzulayıb.
saytlarin hazirlanmasi