"Kəpəz" "Qarabağ"la oyuna itkisiz hazırlaşır

13:38 - 21 Fevral 2018

“Keşlə” ilə ev oyunundan sonra bir gün istirahət edən “Kəpəz”in üzvləri dünəndən məşqləri bərpa ediblər.

 

Sportal.az kluba istinadən xəbər verir ki, “sarı-göylər” Topaz Premyer Liqasının 17-ci turunda səfərdə qarşılaşacaqları “Qarabağ”la oyuna hazırlaşırlar. Komanda Bakı Olimpiya Stadionunun (BOS) yardımçı meydançasında məşq edir. “Kəpəz” fevralın 23-nədək BOS-da çalışmalara çıxacaq.

“Kəpəz”in heyətində zədəli futbolçu yoxdu.

Xəbər xətti