Çempionlar Liqasında 1/8 finalın ilk görüşləri keçirilib.
Sportal.az xəbər verir ki, bu gün iki oyun baş tutub. “Sevilya” öz meydanında “Mançester Yunayted”i qəbul edib. Oyunda hesab açılmayıb - 0:0.
“Roma” isə “Şaxtyor”un qonağı olub. “Qarabağ”ın qrupunda “Atletiko” və “Çelsi”ni qabaqlayaraq lider olan İtaliya təmsilçisi “Şaxtyor”la mübarizədən məğlub ayrılıb - 1:2.
Hər iki cütün cavab qarşılaşması martın 14-də reallaşacaq.
Çempionlar Liqası
1/8 final, ilk oyun
21 fevral
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 0:0
“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya) - 2:1
Qollar: Fakundo Ferreyra, 52, Fred, 70 - Cengiz Ünder, 41