Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları başa çatıb. Dünən keçirilən son iki matçdan sonra statistik göstəricilər açıqlanıb.
Sportal.az xəbər verir ki,ən çox seyv edən qapıçıların siyahısında maraqlı məqam qeydə alınıb. Burda artıq turnirdə mübarizəni dayandıran "Qarabağ"ın qapıçısı liderlik edir. 6 matçda 35 qurtarışa imza atan İbrahim Şehiç hamı üçün əlçatmazdı.
Bosniyalı qolkiiperi ÇL-də mübarizəni dayandıran daha bir komandanın - Sloveniya "Maribor"unun "çərçivə" qoruyucusu Yasmin Handanoviç və "Şaxtyor"un qapıçısı Andrey Pyatov izləyir - 32 qurtarış. Sonuncu bu saya 7 matçda çatıb.
saytlarin hazirlanmasi