Elnur Çodarov: "Məqsədimiz uduzmamaq idi"

21:05 - 24 Fevral 2018

“Bilirdik ki, “Neftçi” səfəri çətin olacaq”.

 

Sportal.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin məşqçisi Elnur Çodarov deyib. “Qartallar” Topaz Premyer Liqasının XVII turund səfərdə “Neftçi” ilə heç-heçə edib. Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən gənc mütəxəssis fikirlərini bildirib:

 

- Bəzi oyunçularımız zədə, bəziləri isə cəza səbəbindən oynamırdı. Ümumilikdə, Qəbələ hadisələrindən sonra komandada psixoloji gərginlik var idi. Həftə ərzində işlədik, çalışdıq ki, yaxşı oyun sərgiləyək. Düşünürəm ki, nəticə bizim üçün yaxşı hesab olunmalıdı.

 

- İkinci hissədəki oyununuz heç-heçəyə oynadığınızı göstərdi. "Qəbələ"nin məğlubiyyətinin buna təsiri oldumu?

- Əsas heyətin bəzi oyunçuları gedib və yenilərin adaptasiyası ləngiyir. Bir neçə oyun lazım idi ki, tam uyğunlaşsınlar. “Qəbələ”nin oyununa fikir vermədik. Biz öz oyunumuzu göstərdik. Komandadan razıyam. Məqsədimiz uduzmamaq idi. Deyərdim ki, İlkinin qırmızı vərəqə alması oyunumuza təsir etdi. Onun meydandan qovulmasından sonra müdafiəyə meyilli futbol oynadıq. 

 

- Texniki zonada ilk dəfə “dirjor” rolunda idiniz. Özünüzü necə hiss edirdiniz?

- Normal. Pis deyildi.

 

- İlkin Muradov qırmızı vərəqə aldığı epizodda yersiz hərəkətlər etdi. Onun cəzalanacağı gözlənilir?

- Təkrara baxacağıq, epizodu analiz etdikdən sonra qərar verəcəyik. (Futbol11.az)

Xəbər xətti