"Neftçi"nin və milli komandamızın üzvü Məhəmməd Mirzəbəyov zədəsini sağaltmaq üzrədir.
Sportal.az xəbər verir ki, Topaz Premyer Liqasının XV turunda "Kəpəz"lə qarşılşmada rəqibin futbolçusu Dieqo Qusmao ilə ikili mübarizədə burnundan zədə alan futbolçu artıq məşqlərə start verib.
Belə ki, həmin oyunda burnu sınan futbolçu 3 gündü fərdi məşqlərə başlayıb. Fitnes zalında qaçan, yüngül məşqlər edən futbolçu gələn həftədən etibarən komandanın məşqlərinə qoşulacaq.
"Neftçi" Topaz Premyer Liqasının XVIII turunda səfərdə "Qəbələ" ilə qarşılşacaq. "Ağ-qaralar"ın baş məşqçisi Tərlan Əhmədov həmin görüşdə zədəli Elnur Cəfərov və cəzalı durumda olan Rəşad Sadiqovun xidmətindən istifadə edə bilməyəcək.
Qeyd edək ki, "Qəbələ" - "Neftçi" matçı martın 4-də keçiriləcək.
saytlarin hazirlanmasi