"Kəpəz" "Səbail"lə matçın hazırlığına başladı

16:34 - 27 Fevral 2018

Topaz Premyer Liqasının 18-ci turunda “Səbail”i qəbul edəcək “Kəpəz” dünənki bərpaedici prosedurun (sauna, baseyn, massaj) ardından bu gün məşqlərə start verib.

 

Sportal.az xəbər verir ki, komandanın ilk hazırlığı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında olub. “Sarı-göylər” fevralın 28-i və martın 1-də Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşq edəcək. Hazırlıq prosesləri saat 11:00-a təyin olunub.

 

“Kəpəz” oyun öncəsi son məşqinə martın 2-də Gəncə şəhər stadionunda cıxacaq.

Xəbər xətti