"Kəpəz"in zədəlilərinin vəziyyəti yaxşıdı

17:29 - 27 Fevral 2018

“Qarabağ”a qarşı son çempionat oyununda “Kəpəz”in zədələnərək əvəzlənən futbolçularının vəziyyəti qənaətbəxşdir.

 

Sportal.az xəbər verir ki, klubun tibbi personalından klub saytına verilən məlumata görə, Dieqo Souza, Samir Zərgərov və İlyas Səfərzadənin durumu nəzarət altındadır.

 

Əzələ yüklənməsi diaqnozu qoyulan Zərgərov artıq komanda ilə kollektiv məşqlərə başlayıb. Əzələ ilə bağlı problemləri olan İlyasla Dieqo isə bu gün fərdi halda hazırlaşıb. Sabah təkrar müayinədən asılı olaraq onların kollektiv məşqlərə qoşulub-qoşulmamasına qərar veriləcək.  

Xəbər xətti