Topaz Premyer Liqanınn 17-ci turunda “Keşlə”ni məğlub edən “Sumqayıt” bir günlük istirahətin ardından məşqləri bərpa edib.
Sportal.az xəbər verir ki, Samir Abasovun komandası saat 16:00-da “Kapital Bank Arena”da məşqə çıxıb. Zədə səbəbindən ötən turu buraxan Azər Salahlı tam sağalaraq komanda ilə birgə çalışıb. Əvəzedici heyətdən 3 futbolçu – Sahil Mirzəyev, Fərid Kərimzadə və Elvin Dəmirov məşqlərə qoşulub.
Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” qarşılaşması 3 mart, saat 18:30-da “Kapital Bank Arena”da keçiriləcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi