"Kəpəz" hazırlığı tamamladı: Souza oynamayacaq

18:22 - 2 Mart 2018

Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində doğma meydanda “Səbail”lə görüşəcək “Kəpəz” bu qarşılaşmanın hazırlığını tamamlayıb. 

 

Sportal.az xəbər verir ki, komanda son məşqinə Gəncə şəhər stadionunda çıxıb. Hazırlıq prosesi saat 16:00-da başlayıb və 50 dəqiqə davam edib. Oyun öncəsi məşq yüngül xarakter daşıyıb.

 

Qeyd edək ki, “sarı-göylər”in heyətində zədəli futbolçu var. Ötən tur “Qarabağ”a qarşı görüşdə zədələnən Dieqo Souza tam hazır olmadığından ev oyununu buraxmaq məcburiyyətində qalıb.

Xəbər xətti