“Zirə”nin məşqçisi Elnur Çodarov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Sportal.az xəbər verir ki, qəsəbə təmsilçisinin çalışdırıcısı 1:2 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları söyləyib:
"İki fərqli hissə oldu ilk hissədə istədiyimiz alınmadı. İkinci hissədə dəyişiklik etdik və istədiyimiz hücumlara çıxdıq, ancaq təəssüf ki, lazım olan qolu vura bilmədik. Bu azmış kimi qol da buraxdıq. Limit məsələsinə görə qapıçını seçməyimizi səhv qərar hesab etmirəm. Qapıçılarımıza inanırıq. Belə məsləhət oldu və ona güvəndik. Oyun göstərdi ki, seçimimiz yanlış deyil. Dedovun start heyətdə olmamasına gəlincə, bu, sadəcə, taktiki gediş idi".
saytlarin hazirlanmasi