Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk iki cavab oyununun hakimləri müəyyənləşib.
Sportal.az xəbər verir ki, sabah keçiriləcək hər iki oyunu almaniyalı hakimlər briqadası idarə edəcək. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
PSJ – “Real” matçını Feliks Brix idarə edəcək. Ona Mark Borç və Stefan Lüpp kömək edəcək. Qarşılaşmanın 4-ü hakimi isə Markus Haçker olacaq.
“Liverpul”-“Porto” oyunu isə Feliks Zvayerə tapşırılıb. Yan xətt hakimləri Torsten Şiffner və Marko Açmüller olacaq. 4-cü hakim funksiyasını Rafael Foltin yerinə yetirəcək.
Qeyd edək ki, hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
saytlarin hazirlanmasi