17-ci turda “Qarabağ”la qarşılaşan “Sumqayıt” 1 günlük istirahətin ardından “Səbail”lə matçın hazırlıqlarına start verib.
Sportal.az xəbər verir ki, komanda Samir Abasovun rəhbərliyi altında saat 18:30-da “Kapital Bank Arena”da məşqə çıxıb.
Xəstə olduğu üçün ötən turu buraxan Rəşad Eyyubov tam sağalaraq komanda ilə birgə çalışıb. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib.
Məşq ikitərəfli oyunla yekunlaşıb. “Səbail” – “Sumqayıt” qarşılaşması 11 mart, saat 17:00-da “Bayıl Arena”da keçiriləcək. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi