Topaz Premyer Liqasının 19-cu turunda doğma meydanda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gün oyunun keçiriləcəyi arenada məşqə çıxıb.
Sportal.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.
“Sarı-göylər”in heyətində zədəli futbolçu yoxdur. Zədədən sonra tədricən bərpa olunan Dieqo Souzanın vəziyyəti yaxşıdır. Braziliyalı həftənin əvvəlindən başlayaraq kollektiv məşqlərdə iştirak edib
saytlarin hazirlanmasi