“Mançester Siti” Çempionlar Liqasında yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, “şəhərlilər” bir oyundakı ötürmələrin sayına görə rekord göstərici ilə yadda qalıb. Pep Qvardiolanın komandası ÇL-in 1/8 final mərhələsinin “Bazel”lə cavab oyununda 978 ötürmə edib ki, bu da turnirdə yeni göstəricidir.
Qeyd edək ki, “Mançester Siti” martın 4-də İngiltərə Premyer Liqasının 29-cu turunda “Çelsi” ilə oyunda da 902 ötürmə ilə ölkə çempionatında yeni rekord müəyyənləşdirmişdi.
saytlarin hazirlanmasi