“Əfsuslar olsun ki, yenə 0:1 hesabı ilə məğlub olduq. Səhvlərimiz var, səhvlərsiz də futbol olmur. Amma komandadan razı qaldım, futbolçular mübarizə apardılar”.
Sportal.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Yunis Hüseynov Topaz Premyer Liqasının 19-cu turunda evdə “Qəbələ”yə uduzduqları oyundan sonra keçirilən mətbuat konfrasnında deyib.
Təcrübəli çalışdırıcı məğluibyyəti şərh edib:
“Qəbələ”nin oyunçularının fərdi şəkildə ustalıq səviyyəsi üstündür. Bizim komandada təcrübəsizlik də öz sözünü dedi. Uşaqlarda bir az özünəinam çatışmırdı. Son 15-20 dəqiqədə toparlana bildilər, epizodlar yaratdıq. Bununla belə qol vura bilmədik. Qarşıda oyunlarımız var, çalışıb həmin matçlara yaxşı hazırlaşacağıq. Rəqibi də təbrik edirəm”.
saytlarin hazirlanmasi