Çempionlar Liqasının 1/8 final mərhələsində martın 14-də keçiriləcək iki cavab oyununun hakim təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, “Beşiktaş” - “Bavariya” matçı ingiltərəli FİFA referisi Maykl Oliverə həvalə edilib. Bu cütün ilk görüşündə Münhen təmsilçisi 5:0 hesablı qələbə qazanıb
“Barselona” – “Çelsi” qarşılaşmasında isə ədalət sahibi Damir Skomina olacaq. Bu cütün ilk oyununda isə qalib bəlli olmayıb - 1:1.
Qeyd edək ki, “Beşiktaş” – “Bavariya” matçı Bakı vaxtı ilə 21:00-da, “Barselona” – “Çelsi” oyunu isə 23:45-də start götürəcək.
saytlarin hazirlanmasi