"Roma" "Şaxtyor"a, "Mançester Yunayted" "Sevilya"ya qarşı

10:39 - 13 Mart 2018

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün keçiriləcək görüşlərlə daha iki 1/4 finalçı müəyyənləşəcək.

 

"Qarabağ"ın yer aldığı qrupu lider kimi başa vuran "Roma" ilk oyunda 1:2 hesabıyla uduzduğu "Şaxtyor"u qəbul edəcək.

 

Digər görüşdə isə "Mançester Yunayted" səfərdə 0:0 hesablı heç-heçə etdiyi "Sevilya"nı qəbul edəcək.

 

Qeyd edək ki, sabah keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.
   
 

13 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

 

23:45. “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna)
İlk oyun - 1:2

 

23:45. “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya)
İlk oyun – 0:0

Xəbər xətti