"Roma" və "Sevilya" 1/4 finalda!

01:35 - 14 Mart 2018

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün daha iki 1/4 finalçı müəyyənləşib.

 

"Qarabağ"ın yer aldığı qrupu lider kimi başa vuran "Roma" öz meydanında "Şaxtyor"la qarşılaşıb. Meydan sahibləri 1:0 hesabıyla qalib gələrək mərhələ adlayıb.

 

Digər görüşdə isə "Mançester Yunayted" "Sevilya"nı qəbul edib. Qonaqlar 2:1 hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

 

Qeyd edək ki, sabah keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.
   
 

13 mart

Çempionlar Liqası

1/8 final (cavab oyunları)

 

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 1:0
Qol:
Dzeko, 52
İlk oyun - 1:2

 

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) 1:2
Qollar:
Lukaku, 84 - Ben Yedder, 74, 78
İlk oyun – 0:0

Xəbər xətti