Topaz Premyer Liqasının 20-ci turunun “Neftçi” - “Qarabağ” qarşılaşması meydan sahibləri üçün yubileylə əlamətdar olub.
Sportal.az xəbər verir ki, 0:0 hesablı heç-heçə “ağ-qaralar”ın Azərbaycan çempionatlarında 80-ci ev bərabərliyidi.
Bakılılar bu göstəricidə mütləq rekordçudu. “Neftçi” evdə keçirdiyi 364 matçda 232 qələbə qazanıb və 52 dəfə məğlub olub.
Qeyd edək ki, öz meydanındakı heç-heçələrin sayında 2-ci göstərici “Qarabağ”a məxsusdur - 70 heç-heçə.
saytlarin hazirlanmasi