"Zirə"nin futbolçusu milliyə dəvət aldı

16:11 - 15 Mart 2018

“Zirə”nin üzvü Aleksandr Dedov Moldova millisinə dəvət alıb.

 

Sportal.az saytı xəbər verir ki, bu barədə qəsəbə klubunun rəsmi "twitter" səhifəsi məlumat yayıb. "9 nömrə" millinin heyətində yoldaşlıq oyununda qüvvəsini sınayacaq.

 

Dedov martın 27-də Kot-d-İvuar yığması ilə matç üçün milliyə dəvət alıb.

 

Qeyd edək ki, 28 yaşlı yarımmüdafiəçi qış fasiləsində Moldovanın "Milsami" klubundan "qartallar"a transfer edilmişdi.

Xəbər xətti