Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq.
Sportal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qitənin ən mötəbər klub turnirində mübarizəni davam etdirən 8 komanda rəqiblərini tanıyacaq. “Kor püşk” atılacaq və bu, o demıkdir ki, istənilən komanda digərinə rəqib ola bilər.
1/4 final cütlükləri bu komandalarla müəyyənləşəcək: “Barselona” (İspaniya), “Real” (İspaniya), “Sevilya” (İspaniya), “Bavariya” (Almaniya), “Yuventus” (İtaliya), “Roma” (İtaliya), “Liverpul” (İngiltərə), “Mançester Siti” (İngiltərə).
Qeyd edək ki, 1/4 finalın ilk oyunları 3-4 aprel, cavab matçları ilə 10-11 aprel tarixlərində keçiriləcək.
saytlarin hazirlanmasi