“Neftçi”nin keçmiş baş məşqçisi, adını Azərbaycan futbol tarixinə əbədi yazdırmış Böyükağa Hacıyev son mənzilə yola salınıb.
Sportal.az xəbər verir ki, Keşlə qəsəbəsində yerləşən qəbirstanlıqdakı dəfn mərasimində mərhum məşqçi ilə vidalaşmağa gələnlər arasında "Neftçi" klubunun üzvləri, AFFA rəhbərliyi, veteran futbolçular və futbol ictimaiyyətinin bir sıra insanları da olublar.
Xatırladaq ki, Hacıyev bu gün səhər saatlarında, uzun sürən xəstəliyin ardından 59 yaşında dünyasını dəyişib.
saytlarin hazirlanmasi