"Neftçi"nin zədəlisi sıraya döndü

17:40 - 4 Aprel 2018

Topaz Premyer Liqasının XXII turunda nəticə etibarı ilə taleyüklü oyuna çıxacaq “Neftçi” şad xəbər alıb.

 

Sportal.az xəbər verir ki, “Səbail” üzərində qələbədən sonra “Sumqayıt”la matça hazırlaşan “Neftçi”nin zədəli oyunçusu Namiq Ələsgərov sıraya dönüb. Eyni zamanda, ötən turu kənardan izləyən İlkin Qırtımov meydana çıxmağa hazırdır. Bundan əlavə, cəzasını başa vuran Emin Mahmudovun “Sumqayıt”a qarşı oynamasında problem yoxdur.

 

Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” oyunu aprelin 8-i, saat 18:30-da baş tutacaq.

Xəbər xətti