Qurbanovla Bordin 3 pillə gerilədi

16:13 - 29 Oktyabr 2018

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 881 xalla 514-cü pillədə yer alıb. Qurbanov ötən həftə ilə müqayisədə 3 pillə geriləyib.

 

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 882 xalla 513-cü pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 3 pillə geriləyib.

 

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə  "Atletiko" "sükanı arxası"nda olan Dieqo Simeone qərarlaşıb. "Qremio"nun çalışdırıcısı Renato Qauço 3-cüdür.

Xəbər xətti