"Bizə Zubirlə bağlı heç bir təklif gəlməyib".
Sportal.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın idman direktoru Əmrah Çəlikəl fransalı futbolçu Abdullah Zubirin Avropa klublarının maraq dairəsində olması barədə yayılan xəbərlərə aydınlıq gətirərkən deyib.
Fransa Liqa 1 təmsilçisi “Tuluza”nın 33 yaşlı yarımmüdafiəçini transfer etmək istəməsi ilə bağlı iddialara münasibət bildirən klub rəsmisi bu barədə məlumatlı olmadığını söyləyib: “Bununla bağlı nəsə demək düzgün çıxmaz. Çünki Zubir hazırda bizim futbolçumuzdur”.
Funksioner təcrübəli oyunçu ilə müqavilənin mümkün uzadılması məsələsinə də toxunub: “Hər şey mövsümün sonunda bəlli olacaq. Oturub danışacağıq”.
Qeyd edək ki, 2018-ci ildən “Qarabağ”da çıxış edən Abdullah Zubirin klubla müqaviləsi bu ilin yayında başa çatacaq. Ağdam təmsilçisi legioner futbolçuya yeni müqavilə təklif edib.
saytlarin hazirlanmasi