Miodraq Bojoviç: "Bu gün özünü göstərmək imkanı olmayanlara şans verdik"

22:08 - 24 Aprel 2024

"Birinci oyunun nəticəsi bizə və "Qarabağ"a təsir göstərmişdi. Birinci hissə maraqlı keçmədi. İkinci hissə daha yaxşı idi. Bizim də, "Qarabağ"ın da qol epizodları var idi. Bu oyunda əvvəlki görüşlərdə özünü göstərmək imkanı olmayanlara şans verdik".

Sportal.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Azərbaycan Kubokunun yarımfinal mərhələsinin "Qarabağ"la cavab qarşılaşmasından sonra keçirilmiş mətbuat konrfansında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Ağadaş Salyanski haqda fikriniz necədir?

- Biz onu əsas heyətə götürməyə cəhd edirik. Bu gün yaxşı oynadı, yaxşı ötürmələri var idi. Sevinirəm ki, "Neftçi"nin bu cür yetirməsi var və inanıram ki, faydalı olacaq.

- Rəqib oyunçular "Neftçi"nin cərimə meydançasına asanlıqla daxil olurlar. Müdafiədəki problemlər nə vaxt həll olunacaq?

- Bu tək müdafiəçilərlə bağlı məsələ deyil. Bütün komanda olaraq yetərincə yaxşı müdafiə olunmuruq. "Zirə" ilə görüşdəki nəticə də mənim üçün sürpriz oldu. Çünki meydanda çox idik, amma uduzduq. Çempionatda 5 oyunumuz var. İstədiyimiz yeri tutmaq üçün əlimizdən gələni edəcəyik.

- Siz yeni təyin olunanda sosial şəbəkələrdə azarkeşlərə deyirdim ki, yaxşı baş məşqçisiz və vəziyyəti düzəldəcəksiz. Hər gün soruşurlar ki, necə olacaq? Mənim yerimdə olsanız, onlara hansı cavabı verərdiz?

- Çempionatın sonunu gözləmək lazımdır.

Mirbağırağa

Xəbər xətti