MOİK "Qarabağ"ı məğlub etdi, "Şüvəlan"dan heç-heçə

17:21 - 2 Noyabr 2018

Azərbaycan I Divizionunda 9-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, son oyun günündə üç görüş baş tutub. Lider MOİK səfərdə “Qarabağ”n əvəzedicilərini 3:1 hesabı ilə məğlub edib. “Neftçi”nin əvəzediciləri isə səfərdə “Ağsu”ya 2:1 hesabı ilə qalib gəlib. “Şüvəlan” - “Sabah-2” görüşündə də qapılara qol vurulmayıb.

 

Birinci Divizon

9-cu tur

2 noyabr

 

"Şüvəlan" - "Sabah-2" 0:0

 

"Ağsu" - "Neftçi-2" 1:2

Qollar: Nahid Zülfüqarov, 78 - Elnur Süleymanov, 38-pen. Hüseyn Hüseynzadə, 72.

 

"Qarabağ-2" - MOİK 1:3

Qollar: Rövlan Muradov, 30 - Raul Yaqubzadə, 39. Ümid Şükürlü, 54; 81.

Xəbər xətti