"Transfer sehrbazı" Avropa nəhənglərinin hədəfində

18:33 - 5 Noyabr 2018

Etdiyi transferlərlə məşhurlaşan "Roma"nın idman direktoru Ramon Monçi Avropa nəhənglərinin diqqət mərkəzindədir.

 

Sportal.az xəbər verir ki, "Barselona", "Atletiko", PSJ və "Mançester Yunayted" ispaniyalı funksioneri komandaya gətirmək istəyir. Bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. Məlumata görə, mütəxəssisin "Roma" ilə 4 illik müqaviləsi var, ancaq onu istəyən klub canavarlara təzminat ödəyərək, keçidi həll edə bilər.

 

Qeyd edək ki, Monçi "transfer sehrbazı" ləqəbiylə tanınır.

Xəbər xətti