Nəbiyevli "Slaviya" uduzdu

19:05 - 13 Noyabr 2018

Çexiyanın gənclər liqasında 15-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” evdə “Hradeç Kralove” klubuna 0:2 hesabı ilə uduzub.

 

Nəbiyev start heyətdə meydana çıxıb və 88-ci dəqiqədə əvəzlənib.

 

“Slaviya”nın U-21 komandası hazırda 14 xalla 12 komanda arasında 10-cu pillədə qərarlaşıb.

Xəbər xətti