Bolt: "Bəzi bəsit futbolçuların nə dediklərinə əhəmiyyət vermirəm"

18:41 - 16 Noyabr 2018

Futbol dünyasında uzun müddətdi ki, klub tapmayan əfsanəvi sprinter Useyn Bolt açıqlama verib.

 

Sportal.az xəbər verir ki, yamaykalı idmançı irlandiyalı hücumçu Endi Kionun "Boltdan futbolçu olmaz" fikrinə münasibət bildirib: "Futbol hər zaman sınamaq istədiyim bir şey olub. Əminəm ki, Endi də futbola başlayanda indiki səviyyədə deyildi. Onun dediklərinə önəm vermirəm, sadəcə, gülürəm".

 

32 yaşlı idmançı ona dəstək verən futbolçuların olduğunu deyib: "Pol Poqba və Rahim Sterlinq mənim futbol oynamağı dəstəklədiklərini dedilər. Mənə bacara biləcəyimi deyirlər. Mən bəzi bəsit futbolçuların nə dediklərinə əhəmiyyət vermirəm. Bu, mənim xəyalımdı".

Xəbər xətti