U-16 Liqası: 9-cu turun təqvimi

11:49 - 21 Noyabr 2018

Noyabrın 22-də U-16 Liqasında 9-cu turun oyunları keçiriləcək. Turun ən maraqlı oyunu eyni zamanda həftənin açılış qarşılaşması olacaq. 3-cü və 4-cü pillədə qərarlaşmış və eyni xala «Sabah»la «Zirə»nin qarşılaşması böyük və maraqlı mübarizə vəd edir. 9-cu turun təqvimini təqdim edirik:

 

U-16 Liqası, 9-cu tur
22 noyabr (cümə axşamı)

 

13:00 «Sabah» - «Zirə» («Neftçi Baza»)
13:00 «Səbail» - «Sumqayıt» («Bayıl Arena»)
14:00 «Qarabağ» - Gəncə TİM («Sərhədçi» OİK-nin meydanı)
14:00 «Neftçi» İK İB – «Qəbələ» (Lökbatan OİK-nin meydanı)
14:00 «Viləş» - «Neftçi» (Masallı, A.Banişevski adına şəhər stadionu)
14:00 İsgəndər Cavadov BFA – ROİL (Abşeron OİK-nin meydanı)
15:00 «Turan Tovuz» - «Keşlə» (Tovuz şəhər stadionu)

 

Cəzalı olduğu üçün bu turu yalnız 1 futbolçu – «Səbail»in hücumçusu Arif Məmmədov buraxacaq.

 

Bombardirlər: Mehrac Baxşəliyev («Qəbələ»), Rauf Ağasənov («Səbail») – 10 qol.

 

«Het-trik news»

 

Xəbər xətti