Dadaşov "Benfika"ya qarşı 90 dəqiqə oynadı

16:24 - 1 Dekabr 2018

Portuqaliya Sequndasında 11-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” səfərdə “Benfika”nın B komandasına 0:1 hesabı ilə uduzub.

 

Dadaşov start heyətdə meydana çıxıb və sonadək oynayıb.

 

“Eştoril” 11 turdan sonra 20 xalla 3-cü pillədə qərarlaşıb.

Xəbər xətti