"Barselona" sabiq "Real"lıya göz dikdi

18:06 - 14 Dekabr 2018

"Çelsi"nin hücumçusu Alvaro Morata üçün yeni iddia ortaya atılıb.

 

Sportal.az xəbər verir ki, İspaniya mətbuatında yayılan məlumata görə, hücumçunun agenti "Barselona" ilə transfer danışıqları aparıb. Məlumata görə, ispan hücumçu Kataloniya klubunda çıxış etməyə müsbət yanaşır. Morata "Barselona"da daha inamlı çıxış edəcəyinə inandığı üçün bu keçidin həll olunmasını arzu edir.

 

Qeyd edək ki, 26 yaşlı hücumçu cari mövsüm 20 oyuna 7 qol vurub. Morata ötən mövsüm "Real"dan "Çelsi"yə 65 milyon avroya transfer olub.

Xəbər xətti