"Qarabağ"ın avrokuboklarda təsnifat və qrup oyunlarındakı azarkeş fərqi

11:30 - 25 Dekabr 2018

"Qarabağ" avrokuboklarda 2018/19 mövsümünü başa vurdu. Təmsilçimiz Çempionlar Liqasında başladığı mübarizədən sonra Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə etdi.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun Avropa səhnəsində keçiridiyi ev oyunlarında azarkeş sayı bəlli olub. 

 

Qurban Qurbanovun kollektivi təsnifat mərhələ oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda, qrup görüşlərini isə Bakı Olimpiya Stadionunda keçirdi. Komandanın təsnifat görüşlərini ümumilikdə 96 900 azarkeş izləyib. Qrup mərhələ matçlarında isə 91 278 fanat qeydə alınıb.

 

Qrup mərhələsinin oyunlarının 69 870 azarkeş tutumuna malik Bakı Olimpiya Stadionunda keçirildiyini nəzərə alsaq, rəqəmlər olduqca aşağıdır. Yalnız "Arsenal"la oyunda "Qarabağ" dolu tribunalar qarşısında oynadı. 

 

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ev oyunlarında xal qazana bilmədi.


Çempionlar Liqası, I təsnifat mərhələsi
Qarabağ - Olimpiya - 21 520

Çempionlar Liqası, II təsnifat mərhələsi
Qarabağ - Kukesi - 25 030

Çempionlar Liqası, III təsnifat mərhələsi
Qarabağ - BATE - 29 000

Avropa Liqası, pley-off
Qarabağ - Şerif - 21 350

Orta hesabla hər oyuna 24 335 azarkeş


Avropa Liqası, qrup mərhələsi

Qarabağ - Arsenal - 63 412
Qarabağ - Vorskla - 22 450
Qarabağ - Sportinq - 5 416

Orta hesabla hər oyuna 30 426 azarkeş.

Xəbər xətti