I Liqa: Lider xal itirdi, "İmişli" qələbə qazandı

17:57 - 25 Aprel 2024

Futbol üzrə Azərbaycan I Liqasında XXIII tura start verilib.

Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub. Lider "Qaradağ Lökbatan" MOİK-lə heç-heçə edib. Onların ən yaxın izləyicisi "İmişli" isə doğma meydanda "Zaqatala"ya qalib gəlib.

"Araz Saatlı" - "Karvan" 2:4
Qollar:
Ravil Yusifli, 61, Oqtay Məmmədov, 83 - İsmael Sanoqo, 28, Peter Kinqs, 32, İzzət Müştaqov, 50, Emil Qasımov, 89

"İmişli" - "Zaqatala" 2:1
Qollar:
İbrahim Əliyev, 9, Elnur Cəfərov, 64 - Rəhman Şabanov, 45+4 (pen)

"Qaradağ Lökbatan" - MOİK 1:1
Qollar:
Xəlil Bşərov, 32 - Ramil Orucov, 13

Xəbər xətti