Frits Stuxlik "Qəbələ" üçün seminar keçdi

Ötən gün AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin üzvləri “Qəbələ”nin əsas komandasının məşqçi və futbolçu heyəti ilə görüşüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, tədbirdə komitənin sədri Frits Stuxlik, üzvü Elçin Məmmədov və FİFA referisi Əliyar Ağayev iştirak ediblər.

 

Komitə rəhbəri komanda üçün seminar keçib. Seminar iki hissədən ibarət olub. Öncə komanda üzvləri oyun qaydalarındakı yeniliklərlə tanış olub, həmçinin vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları kimi bəzi qaydalar barədə ətraflı məlumatlandırılıb.  Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

Tarix: 11 Yanvar [00:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Mart 2019
18  Mart 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio