"Zirə"nin rəqibləri dəyişdi

19:45 - 20 Yanvar 2019

Antalyada təlim-məşq toplanışında olan “Zirə”nin hazırlıq planında dəyişiklik olub.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu əvvəlcədən nəzərdə tutulduğu kimi, yanvarın 23-də “Vorlska” (Ukrayna), 26-da isə “Şkupi”yə (Makedoniya) qarşı yox, müvafiq olaraq ayın 22-də “Paksi” (Macarıstan) və 4 gün sonra isə “Tambov”a (Rusiya) qarşı oynayacaq. 


Matçların keçirilmə saatı və məkanı ilə bağlı ətraflı məlumat veriləcək. 

Xəbər xətti