Dodo qərar verdi: "Qəbələ"yə gəlir?

11:57 - 22 Yanvar 2019

"Qəbələ"yə dönüşü gündəmdə olan Dodo karyerasını Latviyada davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçunu "Liepaya" klubunda baxışdadır. Dodo yanvarın 12-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçən klubun düşərgəsindədir. "Samba"çının durumu məşqçiləri qane edəcəyi halda, müqavilə imzalanacaq.

 

"Qəbələ" də 31 yaşlı yarımmüdafiəçini baxışa dəvət etmişdi. Lakin futbolçu fərqli seçim edib.

 

Qeyd edək ki, Dodo 2011/2016-cı illərdə "Qəbələ"də çıxış edib. O, "qırmızı-qaralar"dan ayrılandan sonra Braziliyanın "Joinvil" və Yunanıstanın AEL klublarında çıxış edib.

Xəbər xətti