"Qalatasaray" bombardiri transfer edir

16:09 - 29 Yanvar 2019

Uzun müddətdir hücumçu axtaran "Qalatasaray" transferə yaxındır.

 

Sportal.az "Bip Spor"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" "Kasımpaşa"nın hücumçusu Mbaye Dianeni transfer etmək üzrədir. "Kasımpaşa" seneqallı futbolçu üçün 12 milyon avro təzminat alacaq. Kiçik detalların həllindən sonra, "Qalatasaray" 27 yaşlı hücumçunun transferini rəsmən açıqlayacaq.

 

Qeyd edək ki, Diane ötən ildən "Kasımpaşa"da oynayır. Seneqal millisinin üzvü cari mövsüm Super Liqada 17 oyuna 20 qol vurmaqla çempionatın bombardiridir.

Xəbər xətti