Çeferin UEFA-nın prezidenti vəzifəsində qaldı

14:59 - 7 Fevral 2019

Bu gün İtaliyanın paytaxtı Romada UEFA-nın 43-cü növbəti Konqresi keçiriləcək.

 

Sportal.az xəbər verir ki, qurumun prezidenti vəzifəsində olan Aleksandr Çeferin işinə davam edəcək. Səsvermədən sonra o, UEFA-nın prezidenti vəzifəsində qalıb. Çeferin 2023-cü ilə qədər UEFA-nın prezidenti olacaq.

 

Qeyd edək ki, sloveniyalı futbol funksioneri vahid namizəd olub. UEFA-ya daxil olan bütün assosiasiyalar Çeferinə səs verib.

Xəbər xətti