Elxan Abdullayev: "Millidə işləməyə hazıram"

16:29 - 13 Fevral 2019

"AFFA-dan heç bir dəvət gəlməyib. Mənimlə federasiyadan əlaqə saxlayan olmayıb".

 

Sportal.az saytına açıqlamasında bu sözləri uzun müddət milli komandada məşqçi işləmiş Elxan Abdullayev deyib. 48 yaşlı mütəxəssis yenidən yığmada çalışmağa hazır olduğunu deyib: "Əlbəttə, təklif gəlsə, mən millidə işləməyə hazıram".

 

Qeyd edək ki, yığmamızın yeni baş məşqçisi Nikola Yurçeviçin köməkçilərindən biri xorvatiyalı Mario Tokiç olacaq. Digər köməkçilərdən ikisi azərbaycanlı, biri isə xorvat olacaq.

Xəbər xətti