"Beşiktaş" Şenol Günəşə alternativ tapdı

18:10 - 13 Fevral 2019

"Beşiktaş" Türkiyə milli komandasını çalışdırmağa razılıq verən Şenol Günəşin əvəzinə yeni mövsüm üçün baş məşqçi axtarışlarına çıxıb.

 

Sportal.az xəbər verir ki, İstanbul klubunun "sükanı arxası"na keçməyə namizədlər arasında xorvatiyalı mütəxəssis Slaven Biliç var. Daha öncə də "Beşiktaş"ın baş məşqçisi olan mütəxəssis Səudiyyə Ərəbistanı təmsilçisi "Əl İttihad"ı çalışdırır.

 

Klub rəhbərliyi Biliçlə razılaşa bilməsə, "Alanyaspor"un baş məşqçisi olan Sərgən Yalçınla danışıqlar aparacaq.

Xəbər xətti