Ayxan Abbasov: "Alınmasa, etiraf etməyə utanmayacam"

21:21 - 24 Fevral 2019

Azərbaycan Premyer Liqasının 18-ci turunda "Sumqayıt" evdə "Zirə"yə 1:2 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov fikirlərini bölüşüb. 37 yaşlı mütəxəssis məğlubiyyəti şərh edib:

 

"Üzgünük. Azarkeşlərimizdən üzr istəyirik. İki fərqli hissə izlədik. Bir sıra futbolçularda həyəcan var idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Ancaq qalib gəlmək istəyirsənsə, qol vurmalısan. Ancaq bu duruma düşən özümüzük. Futbolçulara da bildirdim ki, daha çox çalışmalıyıq ki, bu durumdan çıxaq. Qışdan sonra bütün rəqiblər gücləndi. Bizim üçün çox çətindir. Seçim imkanımız azdır".

 

Ayxan Abbasov "Sumqayıt"a özünə güvənərək gəldiyini sözlərinə əlavə edib:

 

"İnanmasam, kluba gəlməzdim. Məşqçiliyə hələ təzə başlamışam. Elə böyük bir imicim də yoxdur. Alınmasa, etiraf etməyə utanmayacam. Təslim olsam, komanda çətin duruma düşər. Biz də vuruşacağıq. İnanıram, amma çox çətin olacaq. Klub sponsoru "Azərkimya"dır, prezidenti isə Riad Rəfiyev. Bura gələndə onlarla görüşüb, baş məşqçi təyin olunmuşam. AFFA ilə əlaqəm yoxdur. Mən "Sumqayıt"a gəlmişəm".

 

 

Xəbər xətti