Avropa Liqasının kubokunun Bakıya gətiriləcəyi tarix açıqlandı

18:56 - 28 Fevral 2019

Avropa Liqasının kubokunun Bakıya gətiriləcəyi tarix məlum olub.

 

Sportal.az UEFA-ya istinadən xəbər verir ki, mayın 16-da kubok paytaxta gəririləcək. Buna vaxta qədər isə kubok Cenevrə, Sevilya, Berlin, London, Milan, Moskva və Paris şəhərlərində nümayiş olunacaq. Səyahətdə Lotar Matteus, Deku, Andres Palop və Eydur Qudyonsen kimi veteran futbolçular iştirak edəcəklər.

 

Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti