"Kəpəz" "Qaradağ Lökbatan"a, "Zaqatala" "Turan Tovuz"a qalib gəldi

17:04 - 1 Mart 2019

I Divizionda XVII tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə “Neftçi-2” “Zirə-2”ni, “Kəpəz” “Qaradağ Lökbatan”ı, “Səbail-2” “Ağsu”nu, “Zaqatala” isə “Turan Tovuz”u məğlub edib.

 

Dünən keçirilən görüşlərdə “Sabah-2” “Keşlə-2”yə (2:0), “Sumqayıt-2” “Qarabağ-2”yə (3:1), MOİK isə “Şüvəlan”a (1:0) qalib gəlib.


I Divizion
XVII tur


“Neftçi-2” – “Zirə-2” – 5:0
Qollar
: İsmayıl Zülfüqarlı, 29, Elnur Süleymanov, 62, Seymur Əliyev, 75, Əlibəy Məmmədli, 82, Əsgər Hüseynov, 87


“Qaradağ Lökbatan” – “Kəpəz” – 0:1
Qol
: Talıb Rzayev, 71


“Zaqatala” – “Turan Tovuz” – 1:0
Qol:
Rəhman Şabanov, 88
Qırmızı vərəqə: Emin Bağırov, 90+5 ("Turan Tovuz")


“Ağsu” – “Səbail-2” – 3:4
Qollar:
Elnur Səmədov, 10, 55, Kənan Əşrəfli, 52 – Ramil Orucov, 20, Xəlil Bəşirov, 25, 43, Təyyar Məmmədov, 42
Qırmızı vərəqələr: Fərrux Rəhimov, 37, Sahib Cümşüdov, 38 (hər ikisi “Ağsu”)

Xəbər xətti