Ramil Şeydayev komandasını məğlubiyyətdən xilas etdi VİDEO

11:49 - 3 Mart 2019

Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi "Krılya Sovetov" Moskvada "Lokomotv"in qonağı olub. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Samara təmsilçisi hesabda 1:2 geri olduğu zaman Ramil Şeydayev səhnəyə çıxıb. 22 yaşlı hücumçunun qoluyla "Krılya Sovetov" Moskva səfərində 1 xal qazanıb.

 

Premyer Liqada turnir cədvəlinə 37 xalla "Zenit" başçılıq edir. "Krasnodar" 33 xalla 2-ci, ÇSKA 30 xalla 3-cü, "Lokomotiv" 24 xalla 4-cüdür. 18 xalı olan "Krılya Sovetov" 13-cü yerdə qərarlaşıb.

 

"Lokomotiv" - "Krılya Sovetov" - 2:2
Qollar
: Anton Mirançuk, 23, 65 - Yano Anonidze, 19, Ramil Şeydayev, 69

 

 

 

Xəbər xətti